- 1 июня на КПП 'Астара' состоялась встреча глав погранведомств Азербайджана и Ирана.
- Обсуждались вопросы охраны границы, борьба с контрабандой и наркотрафиком.
- Стороны высоко оценили динамику сотрудничества и договорились его укреплять.
- Встреча прошла в атмосфере дружбы и взаимопонимания.
Dövlət Sərhəd Xidmətindən Day.Az -a verilən məlumata görə, görüşdə Azərbaycan-İran dövlət sərhədində və dövlət sərhədindən buraxılış məntəqələrində mövcud vəziyyət, sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər, Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad edilmiş hissəsində dövlət sərhədinin mühafizəsinin təşkili, eləcə də Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni nəqliyyat-kommunikasiya əlaqələrinin yaradılması istiqamətində görülən işlər müzakirə olunub.
Müzakirələr zamanı iki ölkənin sərhəd mühafizə qurumları arasında əməkdaşlığın inkişaf dinamikası yüksək qiymətləndirilmiş, dövlət sərhədindən qaçaqmalçılıq, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, eləcə də transsərhəd cinayətkarlığın digər təzahürlərinə qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər bu cür görüşlərin keçirilməsinin sərhəd mühafizə qurumları arasında əlaqələrin inkişafına, qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinə mühüm töhfə verdiyini qeyd ediblər.
Görüş dostluq, qarşılıqlı etimad və anlaşma şəraitində keçib.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий