- В Баку и на Абшеронском полуострове ожидается переменная облачность, преимущественно без осадков.
- Вечером возможен кратковременный дождь.
- Температура ночью 15-18°, днем 19-23°.
- В районах Азербайджана преимущественно без осадков, но местами возможны дожди, грозы и град.
- Температура в районах ночью 12-17°, днем 23-28°.
Day.Az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, axşam qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Səhər saatlarından arabir güclənən şimal-qərb küləyi axşam tədricən mülayimləşəcək.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 55-60% təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 23-28° isti, dağlarda gecə 6-11° isti, gündüz 13-18°, bəzi yerlərdə 20-25° isti olacaq.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий