Məlumata görə, səfər çərçivəsində nümayəndələrin bağlantılar, enerji və regional əməkdaşlıq sahələrini əhatə edən bir sıra görüşlərdə iştirakı nəzərdə tutulur.

Səfər zamanı hökumət nümayəndələri ilə görüşlərin keçirilməsi, Bakı Enerji Forumunda iştirak, ADA University-də təqdimatların təşkili, Orta dəhlizdə fəaliyyət göstərən Holland və Azərbaycan logistika şirkətləri ilə görüşlər, Qarabağa səfər, eləcə də beynəlxalq maliyyə institutları ilə görüşlərin həyata keçiriləcəyi gözlənilir.

"Yaxın günlərdə görüşlərlə bağlı daha ətraflı məlumat paylaşacağıq. İnanırıq ki, bu səfər Azərbaycan və Niderland arasında iqtisadi əməkdaşlıq sahəsində yeni dialoq və tərəfdaşlıqların inkişafına töhfə verəcək", - paylaşımda qeyd olunub.