- Депозиты в национальной валюте Азербайджана вырастут с 24,7 млрд манатов в 2026 году до 41,2 млрд манатов в 2031 году.
- Общий рост депозитов в манатах за 2026-2031 годы составит около 84%.
- Депозиты в иностранной валюте вырастут с 9,9 млрд манатов в 2026 году до 10,8 млрд манатов в 2031 году.
- Широкая денежная масса увеличится с 53,4 млрд манатов в 2026 году до 75,7 млрд манатов в 2031 году.
- Денежная масса в национальной валюте вырастет с 43,5 млрд манатов в 2026 году до 64,9 млрд манатов в 2031 году.
Day.Az Trend-ə istinadən bildirir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) son icmalında qeyd olunub.
BVF-nin proqnozlarına görə, milli valyutada depozitlər 2026-cı ildəki 24,7 milyard manatdan 2031-ci ildə 41,2 milyard manata yüksələcək. Göstəricinin 2027-ci ildə 27,4 milyard manat, 2028-ci ildə 30,3 milyard manat, 2029-cu ildə 33,6 milyard manat, 2030-cu ildə isə 37,2 milyard manat təşkil edəcəyi gözlənilir.
Artım əvvəlki illərdə formalaşmış müsbət dinamika fonunda davam edir. Belə ki, manatla depozitlər 2023-cü ildə 19,5 milyard manat olub, 2024-cü ildə 20,8 milyard manata yüksəlib və 2025-ci ildə 22,4 milyard manat səviyyəsində qiymətləndirilir.
Ümumilikdə, milli valyutada əmanətlərin həcminin 2026-2031-ci illərdə təxminən 84 faiz artacağı və 2023-cü ilin səviyyəsini iki dəfədən çox üstələyəcəyi proqnozlaşdırılır.
Xarici valyutada depozitlərin də artacağı gözlənilir, lakin bu artım daha mülayim templərlə davam edəcək. BVF-nin proqnozlarına əsasən, həmin depozitlər 2026-cı ildəki 9,9 milyard manatdan 2031-ci ildə 10,8 milyard manata yüksələcək. Aralıq göstəricilər 2027-ci ildə 10,4 milyard manat, 2028-ci ildə 10,6 milyard manat, 2029-2030-cu illərdə isə təxminən 10,8 milyard manat olacaq.
Əvvəlki illərdə xarici valyutada depozitlərin həcmi 2023-cü ildə 9,7 milyard manat, 2024-cü ildə 9,8 milyard manat təşkil edib və 2025-ci ildə 9,5 milyard manata qədər azaldığı qiymətləndirilib. Bundan sonra isə 2026-cı ildən yenidən artımın başlayacağı gözlənilir.
BVF həmçinin Azərbaycanda geniş pul kütləsinin də artacağını proqnozlaşdırır. Belə ki, bu göstərici 2026-cı ildəki 53,4 milyard manatdan 2031-ci ildə 75,7 milyard manata qədər yüksələcək. Göstəricinin 2027-ci ildə 57,5 milyard manat, 2028-ci ildə 61,7 milyard manat, 2029-cu ildə 66 milyard manat, 2030-cu ildə isə 70,7 milyard manat olacağı gözlənilir.
Müqayisə üçün qeyd edək ki, geniş pul kütləsi 2023-cü ildə 45,1 milyard manat, 2024-cü ildə isə 46,5 milyard manat təşkil edib. 2025-ci ildə bu göstəricinin 49,9 milyard manat səviyyəsində olacağı qiymətləndirilir.
Bundan əlavə, milli valyutada pul kütləsinin də artacağı gözlənilir. BVF-nin proqnozlarına əsasən, bu göstərici 2026-cı ildəki 43,5 milyard manatdan 2031-ci ildə təxminən 64,9 milyard manata çatacaq.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий