- Из России в Армению через Азербайджан отправлено 126 тонн карбамида и 67 тонн муки.
- Ранее через Азербайджан в Армению транзитом отправлено более 28 тыс. тонн зерна, 4 тыс. тонн удобрений, 133 тонны алюминия и 68 тонн гречки.
- Азербайджан также экспортирует в Армению нефтепродукты: более 10 тыс. тонн дизеля, 979 тонн бензина АИ-92 и 2955 тонн бензина АИ-95.
Day.Az xəbər verir ki, 2 vaqondan ibarət, çəkisi 126 ton olan karbamid və 1 vaqondan ibarət, çəkisi 67 ton olan un Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 28 min tondan çox taxıl, 4 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.
Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 10 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий