- В 2025 году в Азербайджане зарегистрировано 8889 обращений по домашнему насилию.
- Зафиксировано 1396 преступлений, связанных с домашним насилием, пострадали 1413 человек (1176 женщин, 237 мужчин).
- 39 убийств женщин на почве семейных конфликтов и ревности.
- 252 преступления, связанных с торговлей людьми, выявлено 46 жертв (все женщины).
- Общее число преступлений против женщин составило 6572, из них 2435 с насилием.
Day.Az xəbər verir ki, bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatında əks olunub.
Statistik göstəricilər əvvəlki illərlə müqayisədə azalma tendensiyasını göstərir. Belə ki, 2024-cü ildə bu rəqəm 9014, 2023-cü ildə 9389, 2022-ci ildə isə 9864 olub.
2025-ci ildə məişət zorakılığı ilə bağlı 1396 cinayət qeydə alınıb, 1413 zərərçəkmiş şəxs müəyyən edilib. Zərərçəkənlərin 1176-sı qadın, 237-si isə kişi olub. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə 1471, 2023-cü ildə isə 1513 belə cinayət qeydə alınmışdı.
Ailə münaqişəsi və qısqanclıq zəminində qadınlara qarşı ölümlə nəticələnən 39 cinayət qeydə alınıb. Bu göstərici 2024-cü ildə 42 olub.
Ötən il qadını nikaha daxil olmağa məcbur etmə ilə bağlı cinayət faktı qeydə alınmayıb.
Hesabat dövründə qadınlara qarşı ümumilikdə 6572 cinayət qeydə alınıb. Onlardan 2435-i zorakılıqla müşayiət olunan cinayətlər olub. Qadınlara qarşı törədilən cinayətlərin 157-si qəsdən sağlamlığa zərər vurma, 98-i xuliqanlıq, 334-ü cinsi toxunulmazlıq və cinsi azadlıq əleyhinə cinayətlər, 21-i zorlama, 252-si isə insan alveri ilə bağlı olub.
2025-ci ildə qadınlara qarşı törədilmiş cinayətlərlə bağlı 4516 şəxs müəyyən edilərək, onların 2716-sı məsuliyyətə cəlb olunub. 2024-cü ildə isə bu göstəricilər müvafiq olaraq 4468 və 2745 olub.
Ötən il həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 152 insan alveri, 1 məcburi əmək və insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə bağlı 45 cinayət aşkarlanıb. Cinayətlərdən zərər çəkmiş 46 qurbanın hamısının qadın olduğu bildirilib.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий