- Президент Азербайджана утвердил госпрограмму по финансовой инклюзивности на 2027-2030 годы.
- Планируется создание единой финансовой платформы для микро, малого и среднего бизнеса.
- Основным исполнителем определено Агентство инноваций и цифрового развития.
- К реализации привлекаются Минсельхоз и Ипотечно-кредитный гарантийный фонд.
- Проект будет реализован в 2027-2028 годах, на первом этапе предусмотрено изучение успешных моделей.
Prezident İlham Əliyevin təsdiq etdiyi
"Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027-2030-cu illər üçün Dövlət Proqramı"
nda mikro, kiçik və orta biznes (MKOB) subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində yeni tədbirlər nəzərdə tutulub.
Day.Az Trend-ə istinadən xəbər verir ki, sənədə əsasən, MKOB-ların müvəkkil kredit təşkilatları ilə əlaqə yaratmasına və güzəştli mexanizmlərə müraciət etməsinə imkan verən platformanın yaradılması planlaşdırılır.
Dövlət Proqramında qeyd olunub ki, tədbirin əsas icraçısı qismində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İN) müəyyən edilib. Prosesə Kənd Təsərrüfatı Nazirliyi (KTN) və İpoteka və Kredit Zəmanət Fondu (İKZF) cəlb olunacaq, Azərbaycan Mərkəzi Bankına (AMB) isə tövsiyələr veriləcək.
Sənədə görə, layihənin icrası 2027-2028-ci illəri əhatə edəcək.
İlkin mərhələdə maliyyələşmənin çevikliyinin artırılması xidməti üzrə uğurlu modellərin öyrənilməsi nəzərdə tutulur. Aralıq nəticə kimi vahid platformanın prototipinin hazırlanması planlaşdırılır.
Yekun nəticə olaraq isə bütün dövlət maliyyə dəstəyi proqramlarını birləşdirən platformanın istifadəyə verilməsi hədəflənir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий