- Число погибших в результате землетрясения в Венесуэле достигло 5346 человек
- 16 740 человек получили ранения, 17 907 остались без крова
- Разрушено 190 зданий, 856 серьезно повреждены
- Спасено 6462 человека, оказана помощь 41 069 пострадавшим
- 24 июня произошли два землетрясения магнитудой 7,2 и 7,5 с интервалом около 40 секунд
Venesuelada zəlzələ nəticəsində həlak olanların sayı 5346 nəfərə çatıb.
Bu barədə ölkə parlamentinin sədri Xorxe Rodriges "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, 16 740 nəfər xəsarət alıb, 17 907 nəfər evsiz qalıb. Zəlzələ nəticəsində 190 bina tamamilə dağılıb, 856 bina isə ciddi zədələnib.
Məlumata görə, axtarış-xilasetmə əməliyyatları zamanı 6462 nəfər xilas edilib. Bundan başqa, 41 069 nəfərə tibb müəssisələrində yardım göstərilib, 128 324 ailəyə humanitar dəstək verilib və zərərçəkənlərə 10 965 ton ərzaq, 40 648 988 litr su paylanıb.
Xatırladaq ki, iyunun 24-də Venesuelada təxminən 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki güclü zəlzələ qeydə alınıb. Təkanların episentrləri Yarakuy ştatında bir-birindən 10 kilometr məsafədə yerləşib. Zəlzələdən sonra ötən günlər ərzində 1 000-dən çox afterşok qeydə alınıb.
Комментарии
Загрузка…
Оставить комментарий