Day.Az xəbər verir ki, o, bağırsaqların fəaliyyətini yaxşılaşdırır, yaddaş və diqqətə müsbət təsir göstərir.

Armud az kalorili olsa da, lif, vitamin və minerallarla zəngindir. Xüsusilə qabığındakı liflər həzmi dəstəkləyir, qəbizliyin qarşısını almağa kömək edir və xolesterinin azalmasına təsir göstərir.

Tərkibindəki antioksidantlar və kalium isə ürək və beyin sağlamlığını dəstəkləyir. Həkimlər həssas həzm sistemi olan insanlara armudu ölçülü şəkildə yeməyi tövsiyə edirlər.