Bu barədə Day.Az -a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, metropolitenin bütün aidiyyəti xidmətləri gücləndirilmiş rejimdə fəaliyyət göstərir, alternativ enerji mənbəyi kimi dizel generatorlar hazır vəziyyətdə saxlanılıb.

Hazırda enerji təchizatında yaranmış gərginlik düşməsi səbəbindən qatarların hərəkət intervalında 1-2 dəqiqəlik yubanmalar müşahidə olunur.

Sərnişinlərdən anlayış göstərmələri və stansiyalarda təhlükəsizlik qaydalarına əməl etmələri xahiş olunur.