Nəşrin məlumatına görə, Hili Estoniyaya səfərindən sonra Böyük Britaniyaya qayıdırmış. O, burada estoniyalı həmkarı Hanno Pevkur ilə görüşüb və Britaniya hərbçilərinə baxış keçirib. Nazir həmçinin Estoniyanın cənub-şərqindəki Vyru şəhəri yaxınlığında yerləşən məxfi məkanda yüksək rütbəli zabitlərlə brifinq keçirib. "The Times" qeyd edir ki, bu region daimi olaraq Rusiyanın REM vasitələrinin fəaliyyətindən əziyyət çəkir.

Təyyarədə GPS siqnalı uçuşun lap əvvəlində itib. Onu yalnız təyyarə sistemlərini tam söndürüb yenidən işə salmaqla bərpa etmək mümkün idi, lakin bunu havada texniki baxımdan həyata keçirmək mümkün olmayıb. Noutbuklar və smartfonlar da internetə qoşula bilməyib. Buna görə pilotlar öz mövqelərini müəyyən etmək üçün ehtiyat naviqasiya sistemlərindən istifadə etməyə məcbur olublar. Bundan əlavə, maneələr pilot kabinəsindəki cihaz panelinin bəzi elementlərinin işində fasilələrə səbəb olub.

"The Times"a danışan Kral Hərbi Hava Qüvvələrinin mənbəsi GPS siqnalındakı nasazlığı çox nadir hal adlandırıb. Böyük Britaniya Müdafiə Nazirliyinə yaxın mənbə isə Rusiyanın hərəkətlərini "düşüncəsiz" müdaxilə kimi qiymətləndirib, lakin hərbi təyyarələrin belə insidentlərə "yaxşı hazırlaşdığını" vurğulayıb.