Proqramın iştirakçıları, həmçinin "Plug and Play"in müxtəlif istiqamətləri üzrə bir sıra komandalar ilə görüşlər keçirirlər. Növbəti həftə startaplar "Silicon Valley Summit" çərçivəsində "Global Startup Showcase" səhnəsində çıxış edəcək, habelə sərgi zonalarında məhsullarını beynəlxalq auditoriyaya təqdim edəcəklər.

Proqram ərzində "Hyundai Innovation Day", "LinkedIn", "Odoo" və "San Jose AI Center of Excellence Expo" kimi tədbir və şirkət ziyarətləri də nəzərdə tutulub. Onu da qeyd edək ki, Azərbaycandan olan "Pionero AI" startapı "Shark Tank" sessiyasının qalibi olaraq "Global Startup Showcase" tədbirində investorlar önündə təqdimat imkanı əldə edib.

Ümumilikdə "GOAL" proqramında 6 Azərbaycan startapı iştirak haqqı qazanıb ("Glacies Biome", "Enduropy", "Bonfi; Recepta", "Pixelfork", "Pionero AI"). Hal-hazırda davam edən proqramda startaplar investor sessiyalarında, korporativ nümayəndələrin iştirakı ilə müzakirələrdə, investorlar önündə təqdimat simulyasiyalarında və müxtəlif beynəlxalq şəbəkələşmə tədbirlərində iştirak edirlər.

"GOAL" proqramının məqsədi yerli innovasiya ekosisteminin beynəlxalq səviyyədə tanınmasına, Azərbaycan startaplarının qlobal platformalarda təmsil olunmasına və ölkənin innovasiya potensialının təşviqinə dəstək verməkdir. Layihə çərçivəsində startaplar beynəlxalq təcrübə qazanır, məhsul və xidmətlərini qlobal auditoriyaya təqdim edir, potensial investisiya və tərəfdaşlıq imkanları əldə edirlər. Eyni zamanda, proqram iştirakçıların investorlar önündə təqdimat, biznesin inkişafı, korporativ əməkdaşlıq və beynəlxalq bazarlara çıxış sahəsində bilik və bacarıqlarını inkişaf etdirir.