Onların tərkibində olan maddələr yaddaşı gücləndirməyə, sinir sistemini qorumağa və beynin normal fəaliyyətini dəstəkləməyə kömək edir.

Araşdırmalara görə, qoz xüsusilə omeqa-3 yağ turşuları ilə seçilir. Bu maddələr beyin hüceyrələrinin fəaliyyətini yaxşılaşdırır, yaddaşın formalaşmasına kömək edir və əhvalın stabilləşməsinə müsbət təsir göstərir. Günəbaxan tumunda isə E vitamini daha çoxdur. E vitamini antioksidant təsir göstərərək beyni sərbəst radikalların zərərindən qoruyur.

Dietoloqlar hər iki məhsulun çiy və ya yağsız qovrulmuş formada istifadə edilməsini tövsiyə edirlər. Duzsuz və şəkərsiz seçimlər daha faydalı hesab olunur. Bununla yanaşı, bu məhsullar yüksək kalorili olduğundan porsiya miqdarına diqqət etmək vacibdir. Günəbaxan tumu və qoz salatlara, yoqurta, sıyığa və müxtəlif qəlyanaltılara əlavə edilə bilər.