"Nyukasl"ın futbolçusu Entoni Qordon karyerasını Almaniya Bundesliqasında davam etdirməyə yaxındır.

Day.Az xəbər verir ki, "Bavariya" ingiltərəli vingeri transfer etmək üçün səylərini artırıb.

Klubların Qordonun transferi üçün anlaşmağa yaxın olduğu bildirilir. 25 yaşlı oyunçunun keçidinin təxminən 80 milyon avroya baş tutacağı bildirilir.

Qeyd edək ki, "Nyukasl" Entoni Qordonu 2023-cü ilin yanvarında "Everton"dan 45 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 46 rəsmi matçda 17 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.