Day.Az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bildirilir ki, ölkədə rəsmi olaraq 82 yoluxma və 7 ölüm təsdiqlənib, lakin təxminən 750 şübhəli yoluxma və 177 şübhəli ölüm qeydə alınıb.
ÜST əlavə heyəti epidemiyanın mərkəzi olan İturi bölgəsinə göndərib və hökumət ilə müdaxilə tədbirlərini koordinasiya edir. Təhlükəsizlik problemləri isə müdaxiləni çətinləşdirir.
Qonşu Uqandada vəziyyət stabildir - 2 yoluxma və 1 ölüm təsdiqlənib, yeni hadisə qeydə alınmayıb.
ÜST hökumətə preventiv və müdaxilə işlərində dəstək göstərir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий