Day.Az xəbər verir ki, tədqiqat iştirakçılarına 20 gün ərzində gündə iki dəfə kiçik dozada nanə yağı verilib və sistolik təzyiqdə orta hesabla 8,5 mm civə sütunu azalma müşahidə olunub.

Alimlər nəticələri ümidverici hesab etsələr də, nanə yağının yüksək qan təzyiqinin müalicəsində istifadə olunan dərmanları əvəz edə bilməyəcəyini vurğulayırlar. Onların fikrincə, bu təsirin təsdiqlənməsi üçün daha geniş və əhatəli araşdırmalara ehtiyac var.

Mütəxəssislər qan təzyiqi problemi olan şəxslərə müalicəni özbaşına dəyişməməyi və nanə yağından istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməyi tövsiyə edirlər.