"Dünən keçirilən assambleyalar maraqlı tərəflər qrupları arasında aylarla davam edən intensiv müzakirələrin, debatların və məsləhətləşmələrin kulminasiya nöqtəsi oldu. Biz onlara lazımi qiyməti verməliyik. Həm maraqlı tərəflər qruplarını, həm də UN-Habitat-ı bu dinamikanı qorumağa və nəticələrdən əməli fəaliyyətə keçməyə çağırıram. Assambleyalar hamımız üçün çox yüksək standart müəyyən edib", - deyə o bildirib.
Soave qadınları, uşaqları və gəncləri, biznes və özəl sektoru, Yerli və Regional Hakimiyyətlərin Ümumdünya Assambleyası, ictimai və vətəndaş təşkilatları daxil olmaqla bütün qrupları dünən və bu gün səhər çıxışlarda səsləndirilən mövzulara uyğun tədbirlərdə iştirak etməyə çağırıb.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий