"Yenilənmiş çoxtərəfli əməkdaşlıq anlayışı diplomatik bir termin kimi səslənə bilər, lakin öz mahiyyətində o, dərindən insani bir amildən - bir-birimizi eşitmək, yenidən birlikdə yaşamağı öyrənmək və fərqlilikləri münaqişə mənbəyindən kollektiv müdrikliyin təməlinə çevirmək bacarığından xəbər verir. Çünki dövrümüz bizə bunu göstərdi: yalnız mərkəzdən qurulan sistemlər yerli səviyyənin səsini eşitmədikdə, onlar yarımçıq qalırlar", - deyə o qeyd edib.

Onun sözlərinə görə, insan həyatına toxunmayan heç bir qlobal baxış həqiqətən dayanıqlı ola bilməz.

"Bu gün biz hər zamankından daha aydın anlayırıq ki, dünyanın gələcəyi təkcə paytaxtlarda deyil, həm də rayonlarda, icmalarda və bələdiyyələrdə formalaşır. Çünki insanlar ilk növbədə həyat keyfiyyətini yaşadıqları küçələrdə hiss edirlər. Ədaləti ilk öncə öz məhəllələrində axtarırlar. Etibarı isə qonşularının gözlərində görürlər. Ona görə də yerli liderlik artıq yalnız bir xidmət göstərmə modeli deyil. Yerli liderlik ictimai yaddaşı qoruyan, etibarı dəstəkləyən və insan ləyaqətini diqqət mərkəzinə qaytaran bir məsuliyyət sahəsinə çevrilib", - deyə Şenol Kul bildirib.