- Госслужба по надзору за маломерными судами и спасению на водах МЧС Азербайджана провела рейды в нескольких регионах.
- Мероприятия прошли в Баку, Нефтчалинском, Астаринском, Хачмазском, Самухском районах.
- Владельцам судов разъяснили требования к оснащению, техосмотру и удостоверениям.
- Участникам напомнили о правилах использования спасательных средств и навигационного оборудования.
- В завершение розданы информационные брошюры.
Vesti.az APA-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçik Gəmilərə Nəzarət və Suda Xilasetmə Dövlət Xidməti istifadəçilərin təhlükəsizlik qaydaları barədə məlumatlılığını artırmaq üçün tədbirlər həyata keçirib.
Qurumdan bildirilib ki, «Kiçik gəmilərin təhlükəsiz istismarı» mövzusunda növbəti tədbirlər Bakıda, Suraxanı rayonunun Qum adası yaşayış massivində, Neftçala rayonunun Həsənabad qəsəbəsində, Astara rayonunun Qamışoba kəndində, Xaçmaz rayonunun Tikənoba kəndində, həmçinin Samux rayonunun Mingəçevir su anbarı sahilində təşkil olunub.
Görüşlər zamanı kiçik gəmi istifadəçilərinə, o cümlədən sənaye balıqçılığı ilə məşğul olan balıq təsərrüfatı nümayəndələrinə gəmilərin məcburi təchizatı barədə ətraflı məlumat verilib. Texniki nəzarət tələbləri izah edilib, müntəzəm yoxlamadan keçməyin və idarəetmə hüququ üçün müvafiq vəsiqələrin alınmasının zəruriliyi vurğulanıb.
Həmçinin iştirakçılara kollektiv və fərdi xilasetmə vasitələrindən, eləcə də naviqasiya avadanlıqlarından istifadə qaydaları xatırladılıb.
Tədbirlərin sonunda kiçik gəmilərin təchizatı və onların təhlükəsiz istismarı qaydalarına həsr olunmuş məlumat broşürləri paylanılıb.
Mənbə: vesti.az
Комментарии
Загрузка…
Оставить комментарий