Report-un verdiyi xəbərə görə, bu barədə Bəhreyn Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin bəyanatında qeyd olunur ki, bu vətəndaşlar İran hücumlarına rəğbət və bəyənmə ifadə ediblər.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayaraq bir sıra şəhərlərə zərbələr endirib. Əməliyyat Yaxın Şərqdə gərginliyin artmasına, Fars körfəzinin bütün ölkələrinin münaqişəyə cəlb olunmasına, həmçinin Hörmüz boğazının blokadasına səbəb olub.

İran, ABŞ və onların müttəfiqləri 8 aprel 2026-cı il tarixində atəşkəs barədə razılığa gəliblər. Daha sonra ABŞ lideri Donald Tramp atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

11-12 aprel tarixlərində İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Uzun müzakirələrdən sonra tərəflər heç bir razılığa gəlmədən görüşü başa vurublar.

KİV-in məlumatına görə, aprelin 27-də İslamabadda İran və ABŞ arasında növbəti danışıqlar turu keçirilməli idi. Bu barədə Ağ Ev də məlumat verib. ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və dövlət başçısının kürəkəni Cared Kuşner şənbə günü İslamabada uçmalı idilər, lakin bundan bir qədər əvvəl Tramp nümayəndələrinin Pakistana səfərini ləğv etdiyini bildirib.