Bu barədə Report rus KİV-lərinə istinadən xəbər verir ki, vilayət qubernatoru Vyaçeslav Fedorişev bildirib.

"Təəssüf ki, ölənlər var. Bu, Samarada bir uşaq və bir yetkin kişi, Bor rayonunda isə daha bir kişidir. Dəhşətli faciə. Ailələrə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm", - deyə o qeyd edib.

112 teleqram kanalının məlumatına görə, regionda aşan ağaclardan ümumilikdə altı nəfər xəsarət alıb.

Bundan əvvəl Rusiya Fövqəladə Hallar Nazirliyi bildirib ki, ölkənin bəzi regionları, o cümlədən Samara vilayəti, yaş qar, tufan, dolu, küləyin sürətinin 27 m/s-ə çatdığı çətin hava şəraiti ilə üzləşib. Bu, qismən elektrik enerjisi kəsintilərinə səbəb olub. Qurumun məlumatına görə, Sibir, Volqa, Mərkəzi və Şimal-Qərb federal dairələrində 32 nəfər, o cümlədən beş uşaq xəsarət alıb.

Moskva və Moskva vilayətini güclü qar yağışı və küləyin sürətinin 23 m/s-ə çatdığı güclü külək bürüyüb. Paytaxtda səhər saatlarında qar örtüyünün hündürlüyü 12 sm təşkil edib. Proqnozlara görə, pis hava Moskvada qarşıdakı iki gün ərzində davam edəcək.