Bu barədə Report rusiya mediasına istinadən xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Aleksey Şevtsov beynəlxalq konfransda bildirib.

"NATO-nun avropa üzvlərinin sistemli və planlı hərbiləşməsini, kəşfiyyat fəaliyyətinin gücləndirilməsini, alyansın silahlı qüvvələrinin, ilk növbədə qərb sərhədlərində, KTMT sərhədləri yaxınlığında təlimlərinin sayının və miqyasının artmasını qeyd etmək lazımdır. Sözdə yumşaq güc alətlərindən fəal istifadə olunur, doğru sözlə desək, mədəni-humanitar təcavüz, rəngli inqilab texnologiyaları tətbiq edilir", - deyə Şevtsov bildirib.

O hesab edir ki, bu çağırışlarla yanaşı, beynəlxalq terrorizm, ekstremizm, narkotiklərin qanunsuz dövriyyəsi və qeyri-qanuni miqrasiya təhdidləri də qalmaqdadır və vurğulayıb ki, "bütün bu proseslər KTMT dövlətlərinin təhlükəsizliyinə və onların suverenliyinə qarşı kompleks təhdidlər formalaşdırır".