- Президент Азербайджана Ильхам Алиев выступил на азербайджано-чешском бизнес-форуме в Габале.
- Лидеры Чехии и Азербайджана призывают деловые круги к активной двусторонней торговле и инвестициям.
- Ранее в Давосе состоялась встреча с премьер-министром Чехии Бабишем.
- Обсуждались конкретные проекты и возможности для укрепления партнерства.
Report-ın məlumatına görə, bunu prezident İlham Əliyev Azərbaycan-Çexiya biznes forumunda çıxışı zamanı deyib.
“Bu gün yüksək səviyyədəki siyasi təmaslar, məncə, çox möhkəm siyasi əsasdır. Bu gün qeyd edildiyi kimi, üç ay əvvəl Davosda baş nazir Babişlə görüşmüşdük, indi isə burada, Qəbələdəyik. Bu, həqiqətən göstərir ki, hər iki tərəf müxtəlif sahələrdə tərəfdaşlığın möhkəmləndirilməsində çox maraqlıdır. Və bu gün regional və qlobal siyasi gündəliyi əhatə edən bir çox mühüm siyasi məsələlərlə yanaşı, biz həm də böyük ölçüdə biznes imkanları və qarşılıqlı investisiyalar haqqında danışdıq. Konkret layihələrə toxunduq və şübhəsiz ki, biznes forum zamanı bütün bu məsələlər nəzərdən keçiriləcək”, - dövlət başçısı bildirib.
Mənbə: report.az
Комментарии
Загрузка…
Оставить комментарий