Report-ın verdiyi xəbərə görə, bunu Çexiyanın Baş naziri Andrey Babiş Qəbələdə keçirilən Azərbaycan-Çexiya biznes forumunda Prezident İlham Əliyevin iştirakı ilə bildirib.

"Biz birgə müəssisələr yaratmağa, vətəndaşlarınızı işə götürməyə, tədqiqat və inkişafa sərmayə qoymağa, universitetlərlə əməkdaşlıq etməyə hazırıq – ölkəmizdə böyük potensial var", - deyə Çexiyanın Baş naziri vurğulayıb.