Zimbabvedə timsah otelə girib və videoya çəkilib, Daily Mail yazır, Day.Az isə Gazeta.ru -ya istinadən xəbər verir. Otel məlumatına görə, heyvan oteldən bir neçə metr aralıda olan Zambezi çayının sahilindən əraziyə daxil olub. Personal hadisə barədə dərhal Zimbabve Parklar və Vəhşi Təbiət İdarəsinə (ZimParks) məlumat verib.