Məqalə müəllifləri vurğulayırlar ki, Beyker Trampın xarici siyasət və milli təhlükəsizlik məsələləri ilə məşğul olan komandasının ən nüfuzlu simalarından biri olub. O, daha əvvəl ABŞ vitse-prezidenti Cey Di Vensin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsində də çalışıb.

"Bu, inanılmaz bir yol idi. Əldə etdiklərimizin hər biri ilə fəxr edirəm və əlbəttə ki, prezidentə, vitse-prezidentə və nazir Rubioya son dərəcə minnətdaram", - deyə Beyker "Axios"a bildirib.