- Канцлер ФРГ Мерц считает, что у США нет четкой стратегии на переговорах с Ираном.
- Мерц отметил, что иранцы ведут переговоры умело или умело их избегают.
- Мерц раскритиковал руководство Ирана и КСИР за унижение нации.
- Напряженность на Ближнем Востоке негативно влияет на экономику Германии.
- Германия предлагает направить тральщики в Ормузский пролив при условии прекращения боевых действий.
Report Report-un Deutsche Welle-ə istinadən verdiyi məlumata görə, Merts Vaşinqtonun aydın strategiyasının olmasına şübhə edib və yaranmış vəziyyətdən çıxış yolları haqqında sual verib.
"İranlılar gözləniləndən daha güclüdür və amerikalıların da danışıqlarda həqiqətən inandırıcı strategiyası yoxdur", - deyə Merts Marsberqdəki məktəbə səfəri zamanı bildirib.
O əlavə edib ki, bu cür münaqişələrin əsas problemi təkcə onlara daxil olmaq deyil, həm də onlardan çıxış yolu tapmaqdır. Nümunə olaraq ABŞ-ın Əfqanıstan və İraqdakı uzunmüddətli kampaniyalarını göstərib.
"Biz bunu Əfqanıstanda 20 il ərzində çox ağrılı şəkildə müşahidə etdik. Biz bunu İraqda gördük", - deyə o əlavə edib.
"Hazırda amerikalıların hansı strateji çıxış yolunu seçəcəyini görmürəm, xüsusən də iranlıların danışıqları çox məharətlə apardığını - və ya çox məharətlə aparmadığını nəzərə alsaq", - deyə o bildirib.
Kansler həmçinin İran rəhbərliyini tənqid edərək, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) hərəkətlərinin bütöv bir xalqı alçaltdığını bildirib.
Merts Yaxın Şərqdəki gərginliyin Almaniya iqtisadiyyatına ciddi mənfi təsir göstərdiyini əlavə edib: "Hazırda vəziyyət olduqca qarışıqdır. Və bu bizə böyük məbləğdə pula başa gəlir. Bu münaqişə, İrana qarşı bu müharibə birbaşa iqtisadiyyatımıza təsir edir".
Bundan əlavə, onun sözlərinə görə, Almaniya dünya neft tədarükünün əhəmiyyətli hissəsinin keçdiyi Hörmüz boğazında gəmiçiliyin bərpasına yardım üçün öz minalar təmizləyən gəmilərini göndərməyi təklif etməyə davam edir. Lakin Merts vurğulayıb ki, bunun üçün əsas şərt döyüş əməliyyatlarının dayandırılmasıdır.
Mənbə: report.az
Комментарии
Загрузка…
Оставить комментарий