Report-ın gürcü mediasına istinadən verdiyi məlumata görə, bu məlumatı Gürcüstan XİN yayıb.

Nazirliyin məlumatına əsasən, səfir Gerçinski Avropa İttifaqının Xarici Fəaliyyət Xidməti yanında təşkil olunan Gürcüstan mövzusundakı tədbirdə etdiyi çıxışla əlaqədar Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşə çağırılıb.

"Brüsselin bu cür hərəkətləri və Gürcüstanla bağlı səsləndirilən bəyanatlar tərəfdaşlar arasında etimadı sarsıdır, gürcü-avropa münasibətlərinə zərər vurur və onlara qarşı yönəlib", - deyə XİN-in açıqlamasında Boçorişvilinin sözləri sitat gətirilir.

Nazir həmçinin Gürcüstan hökumətinin konstruktiv dialoqa hazır olduğunu vurğulayıb və Avropa İttifaqından ölkəyə qarşı ədalətli və hörmətli münasibət gözlədiyini bildirib.