Bu barədə Report məlumat yayıb, Hersoq X sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, səfər çərçivəsində Qazaxıstan prezidenti və ölkə rəhbərliyinin nümayəndələri ilə danışıqlar aparmaq, həmçinin yəhudi icması ilə görüşərək iki ölkə arasında iqtisadi, elmi və texnoloji əməkdaşlığın inkişafını davam etdirmək niyyətindədir.

"İsrail və Qazaxıstan arasında uzunmüddətli tərəfdaşlıq hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edir və möhkəmlənən əlaqələr iki xalqın rifahına töhfə verir. Bu mühüm münasibətlər ötən il Qazaxıstanın İbrahim sazişlərinə qoşulmasından sonra daha da güclənib - bu addım müsəlmanlar, xristianlar və yəhudilər arasında əməkdaşlıq ruhunu əks etdirir", - o əlavə edib.

Qeyd edək ki, İsrail Prezidenti İshaq Hersoqun Qazaxıstana səfəri aprelin 28-də başa çatacaq.