Bu barədə Report Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat yayıb.

Paytaxtda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağışsız hava gözlənilir. Eyni zamanda şimal-qərb küləyinin güclənəcəyi proqnozlaşdırılır.

Bakıda havanın temperaturu gecə 9–13° isti, gündüz 13–16° olacaq. Atmosfer təzyiqi 762 mm-dən 766 mm civə sütununa qədər yüksələcək, nisbi rütubət 40–50% təşkil edəcək.

Ölkənin regionlarında bəzi yerlərdə qısamüddətli yağışlar, ayrı-ayrı rayonlarda intensiv yağıntılar, tufan və dolu, dağlıq ərazilərdə qar yağması gözlənilir. Həmçinin bəzi yerlərdə duman və qərb küləyinin güclənməsi proqnozlaşdırılır.

Regionlarda havanın temperaturu gecə 8–12° isti, gündüz 15–20°, dağlarda gecə 2–7° isti, gündüz 7–12° olacaq.