- Делегация турецкого Национального университета обороны во главе с генерал-майором Бурханом Акташем посетила Азербайджан.
- Гости посетили Аллею почета, Аллею шехидов и Турецкое кладбище шехидов.
- Первый заместитель министра обороны Азербайджана Керим Велиев подчеркнул вклад дружественных отношений в развитие военного образования.
- Стороны обсудили расширение сотрудничества в сфере военного образования и совместные проекты по подготовке кадров.
- Генерал-майор Б.Акташ отметил важность таких визитов для развития взаимного доверия и дружбы.
Day.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
MN-nin Mətbuat xidmətindən bildirilib ki, əvvəlcə qonaqlar Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edib, gül dəstələri qoyub, xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.
"Səfərin planına uyğun olaraq nümayəndə heyəti ilə görüşən Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkələrimiz arasında dostluq, qardaşlıq və müttəfiqlik prinsiplərinə əsaslanan münasibətlərin hərbi təhsilin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.
Bildirilib ki, Azərbaycan ilə Türkiyə arasında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi hərbi qulluqçuların peşəkar bilik və bacarıqlarının artırılması baxımından böyük əhəmiyyət daşıyır",-deyə nazirliyin Mətbuat xidmətinin məlumatında qeyd edilib.
MN-nin Mətbuat xidmətindən bildirilib ki, səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən general-mayor B.Aktaş qarşılıqlı etimad və dostluğa söykənən münasibətlərimizin inkişaf etdirilməsində bu cür səfərlərin və keçirilən görüşlərin vacibliyini qeyd edib.
"Görüşdə hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər və perspektiv planlar müzakirə olunub. Tərəflər, həmçinin peşəkar kadrların hazırlanması məqsədilə birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar",-deyə nazirliyin Mətbuat xidmətindən əlavə edilib.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий