Day.Az xəbər verir ki, uzunmüddətli gərginlik zamanı kortizolun yüksəlməsi immun sisteminin zəifləməsinə və virusun təkrarlanma ehtimalının artmasına gətirib çıxarır.

Mütəxəssislər yuxusuzluq, xroniki yorğunluq, bəzi xəstəliklər, kortikosteroid və kimyaterapiya, güclü günəş şüaları, hamiləlik və 50 yaşdan yuxarı olmağı da risk faktorları sırasında göstərirlər. Bu amillər herpes səpgilərinin yenidən yaranmasına şərait yarada bilər.

Təkrarlanma riskini azaltmaq üçün normal yuxu rejiminə riayət etmək, fiziki aktiv olmaq və stressi idarə etmək tövsiyə olunur. Herpes tez-tez təkrarlanarsa, həkim tərəfindən profilaktik antiviral müalicə təyin edilə bilər.