Day.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, enerji sərfiyyatına dair tələblər səbəbindən bəzi cihazlarda daha aşağı keyfiyyətli görüntü rejimi standart olaraq aktiv olur.

Daha təbii və keyfiyyətli görüntü əldə etmək üçün televizorun parametrlərindən "Kinoteatr" (Cinema) və ya "Kinorejissor" (Filmmaker Mode) rejimini aktivləşdirmək tövsiyə edilir. Bu rejimlər film və serialların yaradıcılarının nəzərdə tutduğu rəng və görüntü balansına daha yaxın nəticə verir.

Mütəxəssislər qeyd edirlər ki, bu rejim ilk dəfə aktivləşdirildikdə ekran sarımtıl görünə bilər. Bunun səbəbi istifadəçinin zavod parametrlərindəki daha soyuq, mavi tonlara öyrəşməsi ilə əlaqələndirilir. Buna görə də televizorda ən düzgün görüntünü əldə etmək üçün "Kinorejissor" və ya "Kinoteatr" rejimini yoxlamaq məsləhətdir.