Day.Az xəbər verir ki, zəlzələ baş verən anda xəstəxanada bir neçə pasiyentin əməliyyatı davam edib. Güclü yeraltı təkanlar səbəbindən əməliyyat otağında vəziyyət çətinləşsə də, həkimlər işlərini dayandırmayıblar.

Tibb işçiləri zəlzələnin yaratdığı sarsıntıya baxmayaraq, xəstələrin həyatını təhlükəyə atmamaq üçün əməliyyatı davam etdiriblər. Görüntülərdə həkimlərin bir əlləri ilə əməliyyatı davam etdirdiyi, digər tərəfdən isə tarazlıqlarını qorumağa çalışdıqları görünür.

Həkimlərin bu davranışı sosial şəbəkələrdə böyük maraq doğurub. İstifadəçilər onların peşəkarlığını və xəstələrə olan məsuliyyətini yüksək qiymətləndiriblər.

Həmin anların görüntülərini təqdim edirik: