- TikTok разрабатывает функцию денежных переводов между пользователями через личные сообщения.
- Переводы будут осуществляться через платежный сервис TikTok Pay.
- Следы новой функции обнаружены в скрытом коде американской версии приложения для iPhone.
- Функция пока не тестируется ни в одной стране, что указывает на раннюю стадию разработки.
- TikTok Pay уже используется для покупок в TikTok Shop в некоторых странах Юго-Восточной Азии, включая Вьетнам, Малайзию и Таиланд.
"TikTok" istifadəçilərin şəxsi mesajlar vasitəsilə bir-birinə pul göndərməsinə imkan verəcək yeni funksiya üzərində işləyir.
Day.Az "Bloomberg"ə istinadən xəbər verir ki, köçürmələrin şirkətin öz ödəniş xidməti olan "TikTok Pay" vasitəsilə həyata keçirilməsi planlaşdırılır. Yeni funksiyanın izlərinə tətbiqin ABŞ üçün "iPhone" versiyasının gizli kodunda rast gəlinib.
Şirkət nümayəndələri bildiriblər ki, funksiya hazırda heç bir ölkədə sınaqdan keçirilmir. Bu isə yeniliyin hələ ilkin mərhələdə olduğunu göstərir.
"TikTok Pay" artıq Cənub-Şərqi Asiyanın bəzi ölkələrində, o cümlədən Vyetnam, Malayziya və Tailandda "TikTok Shop" alış-verişləri üçün istifadə olunur. Yeni funksiyanın nə vaxt istifadəyə veriləcəyi isə məlum deyil.
Комментарии
Загрузка…
Оставить комментарий