- Президент Ильхам Алиев утвердил Государственную программу развития туризма на 2026-2030 годы.
- Программа предусматривает повышение доступности авиабилетов и конкурентоспособности для целевых туристических рынков.
- Планируется анализ конкурентоспособности цен на авиабилеты по сравнению с региональными конкурентами.
- Предусмотрено открытие не менее 4 новых целевых туристических направлений и увеличение частоты рейсов на 20 раз.
- Будут привлекаться международные рейсы и бюджетные авиакомпании в региональные аэропорты.
Day.Az AZƏRTAC -a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"
nda əksini tapıb.
Dövlət Proqramının tədbirlər planında aviabilet qiymətlərinə əlçatanlığın artırılması ayrıca istiqamət kimi müəyyənləşdirilib.
Sənədə əsasən, 2026-2030-cu illərdə birbaşa hava nəqliyyatı əlaqələrinin mövcud olduğu hədəf turizm bazarları üzrə aviabilet qiymətlərinin regional rəqib turizm destinasiyaları ilə müqayisədə rəqabətqabiliyyətliliyinin təhlil edilməsi nəzərdə tutulur.
Eyni zamanda, aviabilet qiymətlərinə mənfi təsir göstərən amillərin müəyyənləşdirilməsi və onların aradan qaldırılması məqsədilə nəqliyyat və turizm sektorları üzrə xərc-fayda təhlillərinin aparılması planlaşdırılır.
Dövlət Proqramında bu tədbirlərin əsas nəticəsi kimi ölkəyə gələn turistlərin sayının artırılmasını təmin edəcək səviyyədə rəqabətqabiliyyətli aviabilet qiymətlərinə nail olunması hədəflənir.
Bununla yanaşı, Azərbaycanın xarici ölkələrlə birbaşa hava nəqliyyatı əlaqələrinin coğrafiyasının genişləndirilməsi və uçuş tezliyinin artırılması da nəzərdə tutulur.
Belə ki, 2026-2030-cu illər ərzində hər il ən azı 1 yeni hədəf turizm istiqaməti üzrə uçuşa başlanılması, ümumilikdə isə ən azı 4 yeni hədəf turizm istiqaməti üzrə uçuşların həyata keçirilməsi planlaşdırılır. Mövcud uçuş istiqamətləri üzrə tezliyin (intensivliyin) isə 20 dəfə artırılması hədəflənir.
Proqram çərçivəsində regionlarda yerləşən hava limanlarına yeni beynəlxalq uçuşların və aşağıbüdcəli aviaşirkətlərin cəlb olunmasının təşviqi də nəzərdə tutulub.
Bu məqsədlə regionlarda yerləşən hava limanları üzrə beynəlxalq uçuşların və aşağıbüdcəli aviaşirkətlərin cəlbi üçün mövcud imkanlar və təşviq ehtiyacları təhlil ediləcək.
Həmçinin hava limanı yığımları, yerüstü xidmət haqları və doluluq səviyyəsi üzrə təşviq və kompensasiya mexanizmlərinin müəyyənləşdirilməsi və razılaşdırılması planlaşdırılır.
Nəticədə regionlarda yerləşən hava limanlarının beynəlxalq sərnişindaşımada payının artırılması hədəflənir.
Комментарии
Загрузка…
Оставить комментарий