- В Великобритании рассматривается план разрешить водным компаниям повышать тарифы в периоды засухи и высокого спроса.
- Регулятор Ofwat рассматривает предложение о повышении тарифов для снижения потребления воды и стимулирования эффективного использования ресурсов.
- Предлагается введение переменных тарифов в зависимости от сезона и повышенная плата для домохозяйств, превышающих установленный лимит потребления.
- Для внедрения новых тарифных систем потребуется установка 'умных' счетчиков воды в домах.
- Планы объявлены, когда три четверти страны находятся в состоянии засухи, и введены ограничения на использование садовых шлангов для 27 миллионов человек.
AZƏRTAC "The Telegraph"a istinadla xəbər verir ki, ölkənin su sektorunu tənzimləyən "Ofwat" qurumunun nəzərdən keçirdiyi plana əsasən, su qıtlığı zamanı tariflərin artırılması nəzərdə tutulur. Məqsəd su istehlakını azaltmaq və mövcud ehtiyatlardan daha səmərəli istifadəni təşviq etməkdir.
Təkliflər təsdiqlənərsə, su şirkətləri ilin müxtəlif dövrlərinə uyğun dəyişən tariflər tətbiq edə, həmçinin müəyyən edilmiş istehlak həddini aşan ev təsərrüfatlarından daha yüksək ödəniş tələb edə biləcəklər. Yeni tarif sistemlərinin əksəriyyətinin tətbiqi üçün evlərdə "ağıllı" su sayğaclarının quraşdırılması tələb olunacaq.
Planların təfərrüatları ölkənin dörddə üçünün quraqlıq vəziyyətində olduğu bir vaxtda açıqlanıb. Hazırda 27 milyon insanın yaşadığı ərazilərdə bağ şlanqlarından istifadəyə məhdudiyyətlər tətbiq edilib. Eyni zamanda, Böyük Britaniyanın bir sıra bölgələrində meşə və otlaq ərazilərdə yanğınlar baş verir. Təkliflər yaxın həftələrdə "Ofwat" tərəfindən yekun şəkildə təsdiqlənərsə, yeni qaydaların gələn ilin aprelindən qüvvəyə minməsi nəzərdə tutulur.
Комментарии
Загрузка…
Оставить комментарий