- Бакинский метрополитен планирует приобрести около 300 новых вагонов до 2030 года для Фиолетовой линии.
- Главный инженер Бакинского метрополитена Намиг Юсубов сообщил об этом на медиатуре в депо Дарнагюль.
- В настоящее время в Бакинском метрополитене эксплуатируется 71 состав.
- На Фиолетовой линии используются старые составы, планируется их замена.
- Для Красной и Зеленой линий также предусмотрена закупка дополнительных поездов после завершения инфраструктурных проектов.
Day.Az Trend -ə istinadən xəbər verir ki, bunu Bakı Metropoliteninin baş mühəndisi Namiq Yusubov Dərnəgül elektrik deposunda II mərhələ üzrə işlərin tamamlanması və ilk xətti qatarın qəbulu prosesi ilə bağlı təşkil edilən mediaturda jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, yeni hərəkət tərkiblərinin alınması yalnız Bənövşəyi xəttlə məhdudlaşmayacaq.
"Hazırda Bakı Metropolitenində 71 qatar tərkibi mövcuddur. Bənövşəyi xətdə köhnə qatar tərkibləri istismar olunur. 2030-cu ilədək həmin xətt üzrə 300-ə yaxın vaqonun alınması nəzərdə tutulub. Qırmızı və Yaşıl xətlərdə qatarlararası intervalın azaldılması üçün həyata keçirilən infrastruktur layihələri başa çatdıqca bu xətlər üçün də əlavə qatarların alınması nəzərdə tutulur. Yusubov bildirib ki, Qırmızı xətdə "İçərişəhər"
stansiyasında dalan yolunun tikintisi intervalın azaldılmasına imkan verəcək. Yaşıl xətdə isə gələcək Y-14 və Y-15 stansiyalarının tikintisi və dönmə kamerasının yaradılmasından sonra qatarların daha sıx intervalla hərəkətinin təşkili mümkün olacaq.
Комментарии
Загрузка…
Оставить комментарий