- Агентство по безопасности пищевых продуктов Азербайджана (AQTA) обнаружило несоответствия в растительных маслах иностранных производителей.
- В образцах масел обнаружен загрязнитель 3-MCPD, опасный для здоровья человека.
- Введены ограничения на импорт некоторых растительных масел из ряда стран.
- AQTA призывает предпринимателей соблюдать требования безопасности пищевых продуктов.
- Усиленный контроль за импортируемыми растительными и пальмовыми маслами продолжается.
Bu barədə agentliyin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, laborator müayinələr nəticəsində təqdim olunan yağ nümunələrində insan sağlamlığı üçün təhlükə yarada bilən emal çirkləndiricisi- 3-MCPD(3-monoxlorpropan1,2-diol ) aşkarlanıb:
"Aşkarlanmış uyğunsuzluqlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. O cümlədən, bir sıra ölkələrin müəyyən istehsalçılarına məxsus bitki yağı məhsullarının ölkə ərazisinə idxalına məhdudiyyətlər tətbiq edilib. AQTA bitki və palma yağlarının idxalı ilə məşğul olan sahibkarlıq subyektlərini məhsulların təhlükəsizlik göstəricilərinə və idxal zamanı müəyyən edilmiş qida təhlükəsizliyi tələblərinə ciddi əməl etməyə çağırır. Nəzarəti tədbirləri davam etdirəcək".
"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən müxtəlif ölkələrdən idxal olunan bitki və palma yağlarının təhlükəsizlik göstəriciləri üzrə gücləndirilmiş nəzarət tədbirləri davam etdirilir", - deyə məlumatda bildirilib.
Комментарии
Загрузка…
Оставить комментарий