Day.Az xəbər verir ki, bunu Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Trend Beynəlxalq İnformasiya Agentliyinə və İctimai Televiziyaya birgə müsahibəsində deyib.

Onun sözlərinə görə, ötən il ölkədə 10,8 milyard manat məbləğində 19 min dövlət satınalması həyata keçirilib.

"Dövlət satınalmalarının ümumi daxili məhsulda payı 2025-ci ildə 0,6 faiz bəndi artaraq 8,4 faiz olub. Dövlət satınalmaları dövlətin ehtiyaclarının müəyyənləşdirilməsi və bu ehtiyacların dövlət xərcləri vasitəsilə təmin olunmasının əsas maliyyə və hüquqi alətidir. Satınalmaların keyfiyyəti həm ölkənin iqtisadi inkişafına, həm də fiskal dayanıqlığa mühüm təsir göstərir", - deyə o bildirib.

V.Gülməmmədov qeyd edib ki, beynəlxalq praktikada dövlət satınalmalarının ÜDM-də payı 13-20 faiz, dövlət büdcəsi xərclərində payı isə 30-50 faiz arasında dəyişir.

O, həmçinin bildirib ki, mövcud hesabatlarda dövlət müəssisələrinin öz vəsaiti hesabına və bəzi qurumlar tərəfindən həyata keçirilən satınalmalar əksini tapmadığından göstəricilər tam mənzərəni əks etdirmir.

Qeyd edək ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun Trend Beynəlxalq İnformasiya Agentliyinə və İctimai Televiziyaya verdiyi birgə müsahibə iyulun 23-də saat 21:00-da tam şəkildə yayımlanacaq.