Day.Az xəbər verir ki, ideal səhər yeməyi omeqa-3 yağ turşuları, zülal və liflə zəngin olmalıdır.

Yumurta, tam buğda çörəyi, avokado və tərəvəzlər yaddaşı, diqqəti və qan şəkərini dəstəkləyir, qatıq ilə giləmeyvə, qoz-fındıq və toxumlar alternativdir.

Şirin içkilər əvəzinə qəhvə və ya çay tövsiyə olunur, çünki gündə 2-3 fincan kofeinli içki demensiya riskini azalda bilər. Neyroloqlar südlü və lifli məhsulların səhər yeməyini şirin alternativlərə üstün tutmağı məsləhət görür.