Report-un məlumatına görə, o, bu barədə agentliyin müxbirinə Heydər Əliyev Beynəlxalq Hava Limanında vətənə qayıtdıqdan sonra bildirib.

"İlk dəfə böyüklər arasında Avropa Çempionatında iştirak etdim. Debütümdə qızıl medal qazanmağı bacardığım üçün çox şadam. Uğurumda Azərbaycan Güləş Federasiyasının böyük rolu oldu. Bu qələbəni Federasiyaya və Azərbaycan xalqına həsr edirəm. Gələcəkdə də azarkeşləri qızıl uğurlarımla sevindirməyə çalışacağam" - deyə o bildirib.

Gələcək planlarından danışan idmançı dünya çempionatında da uğurla çıxış edəcəyinə ümid etdiyini qeyd edib.