- Информационная сессия организована Агентством развития медиа, Университетом ADA и Операционной компанией WUF13 Азербайджана.
- Саида Шафиева заявила, что WUF13 является платформой глобального диалога о будущем городов.
- Это вторая подобная сессия, что отражает системный подход к подготовке форума.
- Текущая сессия посвящена градостроительству, инклюзивности, зеленому транспорту и стратегическому планированию.
- Мероприятия направлены на повышение качества освещения WUF13 в СМИ.
Report-ın məlumatına görə, bunu Media İnkişafı Agentliyinin kommunikasiya şöbəsinin müdiri Saida Şəfiyeva bildirib.
O qeyd edib ki, WUF13 təkcə beynəlxalq tədbir deyil, həm də şəhərlərin gələcəyi ilə bağlı qlobal dialoq platformasıdır və medianın rolu cəmiyyətə dəqiq və faktlara əsaslanan məlumat çatdırmaqdır.
Onun sözlərinə görə, bu artıq ikinci belə sessiyadır ki, bu da foruma hazırlıqda sistemli və strateji yanaşmanı əks etdirir. Şəfiyeva vurğulayıb ki, hazırlıq mərhələsində media nümayəndələri ilə aktiv iş strateji əhəmiyyət daşıyır.
O əlavə edib ki, birinci sessiya ümumi xarakter daşıyırdısa, cari sessiya daha konkret mövzulara – şəhərsalma, inklüzivlik, yaşıl nəqliyyat və strateji planlaşdırmaya həsr olunub. Bu, onun sözlərinə görə, jurnalistlərə forumun gündəmini daha peşəkar işıqlandırmağa kömək edəcək.
Sonda Şəfiyeva əminlik ifadə edib ki, bu cür tədbirlər KİV-ə WUF13 mövzusunu daha dərindən anlamağa və informasiya məzmununun keyfiyyətini artırmağa imkan verəcək.
Mənbə: report.az
Комментарии
Загрузка…
Оставить комментарий