- Новый консул по вопросам прессы и культуры посольства Пакистана в Азербайджане Рубaб Казми встретилась с представителями азербайджанских СМИ.
- Встреча прошла в новом офисе пресс- и коммерческого департамента посольства.
- Цель встречи - знакомство с азербайджанскими журналистами, освещающими двусторонние отношения.
- В мероприятии также участвовала заместитель главы дипломатической миссии Пакистана Сара Иджаз.
- Обсуждалась роль СМИ в укреплении отношений между двумя странами и расширение связей между посольством и азербайджанскими медиа.
Day.Az Trend-ə istinadən bildirir ki, görüş səfirliyin mətbuat və kommersiya departamentinin yeni ofisində baş tutub və Rubab Kazminin Azərbaycanla Pakistan arasında ikitərəfli münasibətlərin müxtəlif aspektlərini işıqlandıran azərbaycanlı jurnalistlərlə tanışlığı məqsədilə təşkil edilib.
Tədbirdə Pakistanın Azərbaycandakı diplomatik missiyasının rəhbərinin müavini Sara İcaz da iştirak edib.
Görüş zamanı iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsində KİV-in rolu barədə fikir mübadiləsi aparılıb. İştirakçılar səfirliklə Azərbaycan mediasının nümayəndələri arasında əlaqələrin genişləndirilməsi imkanlarını, həmçinin qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Pakistan və Azərbaycan-Pakistan münasibətləri ilə bağlı hadisə və təşəbbüslərin işıqlandırılması zamanı məlumat mübadiləsinin davam etdirilməsi və jurnalistlərlə daha sıx əməkdaşlığa xüsusi diqqət yetirilib.
Rubab Kazmi yerli KİV nümayəndələri ilə müntəzəm dialoqun saxlanılmasının və azərbaycanlı jurnalistlərlə peşəkar təmasların inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Комментарии
Загрузка…
Оставить комментарий