- Служба восстановления, строительства и управления в Ханкенди, Агдере и Ходжалы ответила на требования жителей о ремонте квартир и дополнительных постройках.
- В рамках Первой государственной программы «Великое возвращение» на освобожденные территории проводятся масштабные работы по благоустройству и восстановлению.
- Жители требуют финансирования текущего ремонта, дополнительных построек (курятники, хлевы) из госбюджета, но эти расходы не предусмотрены.
- Служба заявляет, что финансирование таких расходов из государственного бюджета невозможно.
- Обращения по строительным дефектам рассматриваются в соответствии с законодательством, при необходимости проводится техническая оценка.
Açıqlamada bildirilib ki, torpaqların işğaldan azad edilməsindən sonra qarşıda duran əsas vəzifələrdən biri keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsidir.
Qeyd olunub ki, Prezident İlham Əliyevin 2022-ci il noyabrın 16-da təsdiqlədiyi
"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"
çərçivəsində ərazilərdə genişmiqyaslı abadlıq, bərpa və quruculuq işləri həyata keçirilir. Yaşayış məntəqələri bərpa olunur, keçmiş məcburi köçkünlər mərhələli şəkildə doğma torpaqlarına qayıdır və təmir-bərpa edilmiş mənzillərlə təmin edilirlər.
Açıqlamada bildirilib ki, bəzi sakinlər sosial platformalarda layihədə nəzərdə tutulmayan tələblər irəli sürür, yaşadıqları mənzillərin təmiri ilə bağlı narazılıqlar səsləndirirlər.
"Bir ildən artıqdır mənzilində yaşayan sakinlər təbii aşınma, yaşayış sahəsindən istifadə nəticəsində yaranan cari təmir ehtiyaclarının, əlavə tikililərin, toyuq hini, mal-qara saxlanılması üçün tövlə və digər fərdi ehtiyacların dövlət büdcəsindən maliyyələşdirilməsini tələb edirlər", - deyə qeyd olunub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən vurğulanıb ki, yaşayış sahəsinin uzunmüddətli istifadəsi nəticəsində yaranan cari təmir ehtiyaclarının, şəxsi təsərrüfatın qurulması ilə bağlı işlərin, həmçinin əlavə yardımçı tikililərin, o cümlədən toyuq hini və digər fərdi təyinatlı obyektlərin dövlət vəsaiti hesabına inşa və ya təmir edilməsi üçün dövlət büdcəsində ayrıca maliyyə təminatı nəzərdə tutulmayıb.
"Bu da o deməkdir ki, dövlət büdcəsində nəzərdə tutulmayan belə xərclərin dövlət hesabına qarşılanması mümkün deyil", - məlumatda bildirilib.
Qeyd olunub ki, vətəndaşların mənzil və yaşayış şəraiti ilə təmin edilməsi istiqamətində tədbirlər müəyyən edilmiş dövlət proqramları və təsdiqlənmiş büdcə vəsaitləri çərçivəsində həyata keçirilir.
Bununla yanaşı, sakinlərə təqdim edilmiş yaşayış sahələrinin texniki vəziyyəti ilə bağlı müraciətlərə qanunvericiliyin tələblərinə uyğun şəkildə baxıldığı bildirilib. Tikinti və ya mənzilin təhvil verilməsi zamanı mövcud olmuş qüsurlarla bağlı əsaslandırılmış müraciətlər aidiyyəti üzrə araşdırılır, zərurət yarandıqda tikililərin və digər obyektlərin vəziyyəti ayrıca texniki qiymətləndirilir.
Açıqlamada vurğulanıb ki, tikinti qüsuru və ya zəmanət öhdəliyi ilə bağlı məsələ mövcud olduğu halda, bu, aidiyyəti qurum tərəfindən araşdırılır. Bir ildən artıq müddətdə yaşayış sahəsindən istifadə edildikdən sonra "ev yararsızdır" kimi ümumi iddialar isə konkret faktlar və texniki baxışın nəticələri ilə əsaslandırılmalıdır.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən qeyd edilib ki, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır, yaşayış sahələrinin təhlükəsizliyi, yararlılığı və tikinti qüsurları ilə bağlı əsaslandırılmış məsələlər qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılır.
Комментарии
Загрузка…
Оставить комментарий