Day.Az xəbər verir ki, davamlı yorğunluq, nəfəs darlığı, başgicəllənmə, ürəkdöyünmə və ətrafların soyuq olması da bu vəziyyətlə əlaqələndirilir.
Mütəxəssis qeyd edib ki, dəmir çatışmazlığından şübhələnən şəxslər həkim müayinəsindən keçməlidirlər. Dəmir preparatlarının qəbul qaydası isə fərdi vəziyyətdən asılıdır və preparatların özbaşına istifadəsi düzgün deyil.
Həkimin sözlərinə görə, dəmirin mənimsənilməsinə bəzi qidalar və preparatlar mane ola bilər. Süd məhsulları, çay, qəhvə, kalsium, maqnezium və sink tərkibli vasitələrlə dəmir preparatının qəbulu arasında vaxt intervalı saxlamaq tövsiyə olunur.
Комментарии
Загрузка…
Оставить комментарий