- KOBİA инициирует проведение исследований внутреннего рынка по 10 направлениям.
- Исследования охватят такие сферы, как производство строительных материалов из перлита, фильтров для диализных аппаратов, керамических санитарных изделий, вертикальное земледелие, производство батарей для электромобилей, 3D-печать, системы очистки воды и переработка электронных отходов.
- Отчеты будут опубликованы на официальном сайте KOBİA после завершения исследований.
- Государственная поддержка покрывает 80% расходов на исследование для микропредпринимателей и 50% для малых предпринимателей при их обращении.
- Исследования по инициативе KOBİA основаны на опросах предпринимателей и документах социально-экономического развития страны.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə daha 10 istiqamətdə daxili bazar araşdırmalarının aparılması nəzərdə tutulur. Məqsəd sahibkarların investisiya qərarlarının qəbulunu dəstəkləmək, perspektivli istehsal sahələri barədə məlumatlılığı artırmaq və yeni biznes təşəbbüslərinin formalaşmasına töhfə verməkdir.
Araşdırmalar aşağıdakı sahələri əhatə edəcək:
- perlit tərkibli inşaat məhsulları istehsalı;
- dializ aparatı üçün filtr istehsalı;
- saxsı (keramik) sanitar məmulatlar istehsalı;
- vertikal əkinçilik (qiymətli bitkilərin yetişdirilməsi);
- Azərbaycanda elektromobil batareyalarının istehsal potensialı və daxili bazar
- 3D printer və 3D çap materiallarının istehsal perspektivləri;
- su təmizləmə və filtr sistemlərinin yerli istehsalının yaradılması imkanları;
- elektron tullantıların təkrar emalı müəssisələrinin yaradılması perspektivləri.
Qeyd olunan istiqamətlər üzrə bazar araşdırmaları yekunlaşdıqdan sonra hesabatlar müvafiq sahələrdə məhsul və xidmətlər yaratmaq, eləcə də fəaliyyətini genişləndirmək istəyən sahibkarların istifadə etməsi üçün KOBİA-nın rəsmi internet səhifəsində yerləşdiriləcəkdir ( https://smb.gov.az/az/nav/daxili-bazar-arasdirmasi ).
Daxili bazar araşdırması mexanizmi üzrə dövlət dəstəyi KOBİA tərəfindən təmin edilir. Daxili bazar araşdırması sahibkarların müraciəti və KOBİA-nın təşəbbüsü əsasında aparılır. Agentliyin təşəbbüsü ilə aparılan daxili bazar araşdırmaları sahibkarlar arasında keçirilmiş sorğuların nəticələrinə, eləcə də ölkənin sosial-iqtisadi inkişafı ilə əlaqədar qəbul edilmiş sənədlərə əsaslanaraq müəyyən edilir və belə hesabatlardan bütün sahibkarlar istifadə edə bilərlər.
Sahibkarın müraciəti əsasında aparılan bazar araşdırmasında isə müraciət edən tərəf mikro sahibkar olduqda bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkar olduqda araşdırmaya çəkilən xərcin 50%-i dövlət tərəfindən qarşılanır. Sahibkarın müraciəti əsasında aparılan bazar araşdırmasının nəticələri üzrə hazırlanmış hesabat yalnız müraciət etmiş sahibkara təqdim olunur.
Комментарии
Загрузка…
Оставить комментарий