- В мечети Тезепир проходит церемония прощания с народным артистом Тофиком Бакыхановым.
- На церемонии присутствуют члены семьи, коллеги и представители Министерства культуры.
- От имени президента Ильхама Алиева и первого вице-президента Мехрибан Алиевой возложены венки.
- Похороны состоятся на II Аллее почетного захоронения.
- Тофик Бакыханов скончался 23 августа в возрасте 96 лет.
Təzəpir məscidində Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi keçirilir.
Day.Az Trend -ə istinadən xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, sənət dostları və Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak edirlər.
Vida mərasimi Təzə Pir məscidində keçirilir. Mərhumun cənazəsinin qoyulduğu postamentin ətrafına Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın adından əklil düzülüb.
Xalq artisti II Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, Xalq artisti, görkəmli bəstəkar, pedaqoq, professor Tofiq Bakıxanov avqustun 23-də 96 yaşında vəfat edib. O, respublikanın "Əməkdar incəsənət xadimi" (1973), "Xalq artisti" (1990) fəxri adlarına, "Şöhrət" (2000), "Şərəf" (2021) və 1-ci dərəcəli "Əmək" (2025) ordenlərinə layiq görülüb. Sənətkar 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.
Xatırladaq ki, T.Bakıxanov avqustun 23-də 96 yaşında vəfat edib.
Комментарии
Загрузка…
Оставить комментарий