Day.Az xəbər verir ki, bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 1990-cı il təvəllüdlü Məmmədov Elman Beybala oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.