Kriptovalyuta bazarında son sutka ərzində kəskin bahalaşma qeydə alınıb.
Day.Az APA -ya istinadən bildirir ki, "CoinMarketCap" platformasında Bitcoin son 24 saatda 7,44% bahalaşaraq 69 066,66 ABŞ dollarına yüksəlib. "Ethereum"da daha kəskin artım qeydə alınıb.
Kriptovalyutanın qiyməti sutka ərzində 17,52% artaraq 2 244,8 dollara çatıb. Digər əsas kriptovalyutalardan BNB 3,75% bahalaşaraq 623,99 dollara, Zcash 9,51% artaraq 552,76 dollara, Monero isə 4,29% yüksələrək 426,82 dollara çatıb.
Bitcoin Cash 3,05%, Bittensor isə 7,02% bahalaşıb. Son 24 saatda ümumi kriptovalyuta bazarının kapitallaşması 7,27% artaraq 2,35 trilyon dollara yüksəlib.
Комментарии
Загрузка…
Оставить комментарий